Maraqlı: Hindistanda niyə insanlar soğan və sarımsaq yemirlər?

0

Hindistanda insanları təəccübləndirə biləcək bir çox qeyri-adi qadağalar var. Məsələn, yeməklərdə sarımsaq və soğanın qadağan edilməsi.

Təbii ki, bütün hindlilər bu qaydaya əməl etmirlər. Caynizm adlı bir dinin tərəfdarları tərəfindən isə, bu ciddi şəkildə həyata keçirilir. Cayinlər torpaqda yetişmiş tərəvəzləri yemirlər. Buddistlər də bu prinsipə əməl edirlər. Onlar əmindirlər ki, köklü bitkilərin torpaqdan qoparılması, yerin altında yaşayan canlı orqanizmlərə qarşı zorakılığa gətirib çıxarır.

Bəzi mənbələr iddia edir ki, aspirin kimi sarımsaq da qanı durulaşdırır, insanı əsəbiləşdirir və davranışlarımızı pisə doğru dəyişə bilər. Bundan əlavə, sarımsaq və soğan afrodizyak hesab olunur (cinsi istəyi və aktivliyi artırır), bu da insanın mənəvi həyatına mənfi təsir göstərir.

Brahmanlar soğan, sarımsaq və göbələklərin natəmiz yerlərdə bitdiyini və bu səbəbdən yemək üçün yararsız olduğunu deyirlər. Ancaq bir hind evində soğan və sarımsaqdan istifadə edilsə də,  göbələklərdən istifadə,  qəti şəkildə mümkün deyil.

Sarımsaq və soğanın qoxusu da bu məhsulların rədd edilməsinə təsir göstərir. Və heç də o deyil ki, bu, kiməsə xoşagəlməz görünə bilər. Burada din də böyük rol oynayır.

İbadət zamanı hindular buxurdan, çiçəklərdən və digər xoş qoxulardan istifadə edirlər. Tanrıların hər hansı bir qoxuya çox həssas olduğuna və beləliklə Allahın diqqətini cəlb edə biləcəklərinə inanılır. Xoşagəlməz bir qoxu isə sadəcə olaraq, Allahı insandan uzaqlaşdırar.

Hindlilər yerli mətbəxdə öz ədviyyatlarınadan istifadə edir. Bu iyli ferula kökünün bərkimiş südüdür və dadı bir qədər sarımsağa bənzəyir. Amma istifadədən sonra, xoşagəlməz qoxu buraxmır.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »