Lavalda Azərbaycan mədəniyyəti 160-dan çox assosiasiyanın iştirak etdiyi Forumda təqdim olundu

Fransanın Laval şəhərində 5 sentyabr tarixində 160-dan çox assosiasiyanın iştirak etdiyi növbəti Forum keçirilib. Forumda ATA – Association Turque et Azerbaïdjanais təşkilatının gənc könüllüləri də fəal iştirak edərək Türk və Azərbaycan mədəniyyətini, milli dəyərlərini və məhsullarını təqdim ediblər.

Forumda gənc könüllülər tərəfindən xüsusi olaraq hazırlanmış Azərbaycan bayrağı formasında tort şəhər Bələdiyyəsinin sədri və Forum iştirakçılarının iştirakı ilə kəsilib.
Tortun rəngləri və dadı Forum iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Stendimizi ziyarət edən qonaqlar əvvəlcə Azərbaycan tarixindən, musiqisindən və mədəniyyət abidələrindən bəhs edən kitab və broşürlərlə tanış olublar. Daha sonra onlara Azərbaycan mətbəxinin nümunələri – tort, milli şirniyyat və çay təqdim edilib.

Türk və Azərbaycan məhsullarının hər zaman dadlı və qiymətli olduğunu vurğulayan Forum iştirakçıları gənc könüllülərə təşəkkürlərini bildiriblər.

Stendimizlə tanış olan iştirakçılar Azərbaycan və Türk könüllüləri ilə daha əvvəl Novruz Festivalında tanış olduqlarını və onların fəaliyyətini xatırladıqlarını da qeyd ediblər.

Forum səhər saat 9:00-dan 17:00-dək davam edib. Tədbir Türk və Azərbaycan mədəniyyətinin, milli mətbəxinin və könüllülük fəaliyyətinin Fransada tanıdılması baxımından əhəmiyyətli bir görüş olub.

Comments are closed.

Tərcümə »