The Telegraph: Putin və Si ABŞ-ın qlobal liderliyinə meydan oxudular

0

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin ABŞ-ın Qərb ölkələrinin başında uzunmüddətli rəhbərliyinə meydan oxumaq qərarına gəliblər.

“The Telegraph” qəzetinin jurnalisti Roland Olifantın fikrincə, dünyada geosiyasətdə yeni dövr başlayıb.

“Böyük beynəlxalq gərginlik dövründə Rusiya və Çin yeni geosiyasi eranı elan ediblər. Bundan sonra, ABŞ-ın başçılıq etdiyi qlobal Qərbin hökmranlığı artıq təbii qəbul edilməyəcək və dözülməyəcək. Putinin Qərbdən tələb etdiyi böyük sövdələşməni dəstəkləmək üçün, Çinin bütün ağırlığından istifadə edərək, Moskvaya daha çox təsir rıçaqları verir.

Nəşrin fikrincə, Çinin müttəfiq kimi olması Rusiyaya dünya siyasi səhnəsində öz mövqeyini möhkəmləndirməyə, eləcə də Qərbin mümkün sanksiyalarının nəticələrini yumşaltmağa imkan verəcək.

“Moskva və Pekini indi ABŞ-a müqavimət göstərmək kimi ümumi məqsəd birləşdirir”, – The Telegraph yazır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »