SON DƏQİQƏ: DXR Rusiyadan hərbi yardım alacağıma xəbərdarlıq edib

0

Özünü elan etmiş Donetsk Xalq Respublikasının (DXR) xalq milisləri Ukrayna və Qərb ölkələrinə xəbərdarlıq edib ki, DXR hərbi dəstək üçün Rusiyaya müraciət edəcək.

İctimairey.az xəbər verir ki, Donetsk Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni silah təchizatı ilə gücləndiriləcəyi təqdirdə Moskvanı köməyə çağıracağına söz verib.

“Ukraynanın Donbasa qarşı təcavüzünü maliyyələşdirən Qərb ölkələrini və beynəlxalq təşkilatları öldürücü silahların tədarükünü dayandırmağa və Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etməyə çağırırıq. Əgər bu tədarüklər davam edərsə, biz hərbi və hərbi-texniki yardım üçün Rusiya Federasiyasına və digər ölkələrə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq”, – DXR Xalq Milislərinin nümayəndəsi Eduard Basurin bildirib.

 32 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »