Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi müzakirə olunacaq

0

“Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi” mövzusunda Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə məsləhətləşmələr keçiriləcək.

Bu barədə AZƏRTAC-a məlumat verən UNESCAP-ın milli koordinatoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Asiya və Sakit okean bölgəsində “Sərhədlərarası Kağızsız Ticarət üzrə Çərçivə Sazişi”nə ilk qoşulan ölkələrdən biridir.

“Bu çərçivədə Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi üçün hüquqi və texniki hazırlıqlar müzakirə olunacaq. Bu məsləhətləşmələr BMT-nin “Pandemiya dövründə nəqliyyat və ticarət əlaqəsi” adlı layihəsinə uyğun aparılacaq. Məsləhətləşmələrdə sərhədsiz ticarət üzrə bütün aidiyyəti dövlət qurumları və UNESCAP-ın nümayəndələri iştirak edəcək. Əsas məqsəd kağızsız ticarət üzrə hazırlanmış qiymətləndirmə sənədini və tövsiyələri, həmçinin ilkin fəaliyyət planını müzakirə etməkdir. UNESCAP-ın əvvəlki qiymətləndirmələrinə əsasən Azərbaycan sərhədlərarası kağızsız ticarət sahəsində Asiya və Sakit okean regionunda öncül ölkələrdən sayılır”, – deyə Vüsal Qasımlı vurğulayıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »