Qradski: Pulu hamı seyfdə, mən isə, bufetdə saxlayıram. Artıq qapıları  bağlanmır…

0

Aleksandr Qradskinin dul arvadı Marina Kotaşenko evindən oğurluq olduğunu xəbər verib.

İctimairey.az  MK-nın öz mənbələrinə istinadən verdiyi məlumata görə bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilkin rəyinə əsasən, qulluqçulardan biri bu işə qarışıb.

Bəstəkar bütün pullarını Kozitskydəki mənzilində saxlayırdı. Və həmişə də, bu barədə danışmağı xoşlayırdı. Üstəlik, pullarını seyfdə deyil, servantda saxladığını, hətta gülərək bildirirmiş ki, pullarım o qədər çoxdur ki, servanta da sığışmır, oradan düşürlər.

“ Pulu hamı seyfə, mən isə bufetə qoyuram. Artıq qapıları  bağlanmır, amma hey mənə pul gətirirlər, daşıyırlar” Bəstəkar deyirmiş.

Qradskinin ölümündən sonra, Kotaşenko heç kimi öz mənzilinə buraxmayıb. Əldə edilən məlumata görə, o, pulu özü tək başına  bağ evinə daşıyıb. Amma, ona qulluq edən işçilər bundan xəbərdar idilər.

Xatırladaq ki, yanvarın 16-da üç cinayətkar musiqiçinin dul arvadının avtomobili ilə qəza törətmiş, bundan sonra, onları malikanəyə aparmağa məcbur etmiş və oradan 100 milyon rubl oğurlamışdılar.

Cinayətin mümkün səhnələşdirilməsi ilə bağlı müxtəlif versiyalar  səslənsə də, polis Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Soyğunçuluq” maddəsi ilə iş açıb.

 

 

 32 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »