Taliban əfqan qadınlarını hicaba qarşı çıxmamağa çağırıb

0

Əfqanıstanda hakimiyyətə gələn Taliban (BMT tərəfindən qadağan olunmuş təşkilat) qadınların hicab tələblərinə qarşı etirazlarının “Qurana ziddir” olduğunu bildirib.

Nazirlik qadınları  hidayətə, əxlaqa çağırışla bəyan edib ki, “hicab taxmaq Quranın əmridir” və “Müsəlmanlar Qurana qarşı çıxmırlar”. Ölkənin hakimiyyət orqanları “hicaba qarşı çıxanların Qurana və Peyğəmbərə qarşı çıxdığını” əsaslandırır.

İctimairey.az mediyaya istinadən xəbər verir ki, onlar “müsəlman bacıları əcnəbilərin göstərişinə uymamağa çağırıblar, heç kim onları hicab geyinməyə qarşı çıxmağa çağırmayıb”.

Xatırladaq ki, Taliban  Kabildə etiraz edən qadınlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Sentyabr ayında Əfqanıstanda Qadın İşləri Nazirliyi ləğv edilərək, onun yerinə İslami İrşad Nazirliyi yaradılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »