SON DƏQİQƏ: Qazaxıstan Nur-Sultanın adının yenidən Astana olması üçün, imza toplamağa başlayıb

0

Astananın keçmiş adının paytaxta qaytarılması üçün, imza toplanmasına başlanılıb.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, yanvarın 14-də newtimes.kz məlumat yayıb.

Müraciətdə deyilir ki, ölkənin əsas şəhərinin hazırkı adı sosial şəbəkələrdə və gündəlik həyatda əvvəlki addan istifadə edən sadə insanlar tərəfindən mənfi qarşılanır.

“Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, biz Qazaxıstan Respublikasının Prezidentindən, hökumətindən və ölkə parlamentindən respublikamızın paytaxtının – Astana şəhərinin keçmiş adının qaytarılmasını xahiş edirik”, – müraciət müəllifi yazır.

Sənəddə həmçinin bütün şəhərlərdə yerli hökumətlərdən Nazarbayevin adını daşıyan küçələrə ölkənin dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan neytral adların verilməsi xahiş olunur.

“Məsələn, Almatı şəhərindəki Nazarbayev prospektinin adı dəyişdirilərək, Respublika prospekti ola bilər”, – deyə petisiya yekunlaşıb.

Xatırladaq ki, 2019-cu il martın 20-də respublika hökumətinin təşəbbüsü ilə parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev respublikanın paytaxtının ölkəyə 30 ilə yaxın rəhbərlik edən, birinci prezident Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif edib.

 

 26 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »