Ermənistanın müdafiə naziri 8- noyabrda Xankəndinə səfər edib

0

Qondarma “Artsax Respublikası”nın qondarma “müdafiə naziri” Kamo Vardanyanın dəvəti ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyan noyabrın 6-dan Xankəndindədir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Arşak Karapetyan Müdafiə Ordusu komandanının müşayiəti ilə hərbi dayaq məntəqələrinə baş çəkib, döyüş hazırlığında olan hərbçilərlə görüşüb, mövqelərin möhkəmləndirilməsi işləri ilə, habelə sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə Ordusunun hərbi hissələrinin birində “Artsaxın” sərhədlərini qoruyan hərbçilər qarşısında çıxış edən Ermənistanın müdafiə naziri vurğulayıb ki, sülhün ən mühüm təminatı qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirməyə qadir güclü ordunun olmasıdır.

44 günlük müharibə zamanı və ondan sonra “Artsaxın” sərhədlərinin qorunması səylərini yüksək qiymətləndirərək, Arşak Karapetyan Müdafiə Ordusunun bir sıra hərbçilərini Ermənistan Respublikası Müdafiə Nazirliyinin diplomları və idarə medalları ilə təltif edib.

Həmin gün Xankəndində Arşak Karapetyan Ermənistan və Artsax Müdafiə nazirlikləri arasında əməkdaşlıq çərçivəsində Müdafiə Ordusu rəhbərliyinin işgüzar görüşündə iştirak edib, bu görüş zamanı təhlükəsizlik məsələləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Noyabrın 7-də müdafiə naziri Arşak Karapetyan da Sünik bölgəsinə, xüsusən də Qara gölün ərazisinə səfər edib. Nazir gölün sahilini gəzib, hərbçilərlə yerindəcə görüşüb, gecə-gündüz döyüş növbətçiliyinə görə təşəkkür edib.

Azərbaycan bölmələrinin gölün ərazisinə daxil olması probleminin mümkün həlli yollarından danışan nazir bir daha əmin edib ki, dövlət sərhədinin bərpasına alternativ yoxdur, Azərbaycan hərbçiləri Ermənistan Respublikasının suveren ərazisini tərk etməlidirlər.

Səfər zamanı Arşak Karapetyan bu yüksək dağlıq zonada möhkəm məntəqələrin tikintisinə, hərbi qulluqçuların məişət şəraitinə xüsusi diqqət yetirib və müəyyən edilmiş problemlərin qısa müddətdə aradan qaldırılması üçün hərbi hissənin rəhbərliyinə tapşırıqlar verib.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »