Rusiyadan NATO-ya cavab: “Biz istənilən təxribata hazırıq”

0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisinin Qara dənizdə yol verəcəyi təxribatına hazır olduqlarını ifadə edərək, “Biz uzun illərdir ki, NATO ilə əlaqələrimizdə hər cür təxribata hazır olmağa alışmışıq” deyib.

NATO-nun hərbi təlimlərinin Rusiyaya nəzarət siyasəti yaratmaq istəyi ilə bağlı olduğunu deyən Lavrov, ABŞ-ın Bolqarıstan və Rumıniyada qurmaq istədiyi hərbi-dəniz bazalarının bu istiqamətə yönləndirildiyini qeyd edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid USS Mount Whitney döyüş gəmisinin Qara dənizə girməsinə, Rusiya prezidenti Vladimir Putinin “hər cür təxribata hazırıq” açıqlamasına lazımi reaksiya verdiyini ifadə edən Lavrov, “Biz NATO ilə münasibətlərimizdə hər cür təxribata hazırlığa öyrəşmişik. Sizi əmin edə bilərəm ki, bu, tam təmin olunub”.

Qeyd edək ki, Ukraynanın şərqindəki böhranla bağlı qiymətləndirmələr aparan Lavrov Almaniya, Fransa, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Normandiya formatında görüşünün tarixinin hələ dəqiq olmadığını bildirib.

Noyabrın 11-ə görüşün olmayacağını və yeni tarixlə bağlı danışıqların aparılmadığını qeyd edən Lavrov, Ukrayna tərəfinin Normandiya formatından öncəki qərarlarını necə yerinə yetirdiyinə baxdıqdan sonra, belə bir görüşün nəticəsinin nə olacağını anlamaq lazım olduğunu ifadə edib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »