Ata geyiminə görə 14 yaşlı qızını güllələmək üçün killer tutub – FOTO

0

Konyada ayağından tapança ilə yaralanan 14 yaşlı qızın atası tərəfindən güllələndiyi müəyyən edilib. Atanın qızının geyinmə tərzindən narahat olduğu üçün, belə bir addım atdığı bildirilir. Nəzarətə alınan ata həbs edilib, killer qadın isə, məhkəmə nəzarətindən sonra sərbəst buraxılıb.

Ayağından tüfənglə vurulan Mukaddes E.-nin (14) Konyada anası ilə aşpaz işlədiyi kafedə atası tərəfindən maskalı və çarşaflı qadın tərəfindən güllələndiyi məlum olub.

Sabah-ın xəbərinə görə, hadisədən sonra alınan ifadələr əsasında hərəkətə keçən polis keçmiş həyat yoldaşı və qızını təhdid edən Ali Erensoyu (51) evinə basqın edərək saxlayıb.

Gənc qızı vuran Ayşenur B. (24) qaçmaq istəyərkən yaxalanıb. Araşdırmalarda müəyyən edilib ki, Ali Erensoy hadisədən əvvəl kafenin şəkillərini çəkib, iş yerinin açılış və bağlanma saatlarını izləyib.
Ali Erensoyun qızının açıq-saçıq geyinməsindən narahat olduğu və arvadını qorxutmaq üçün qızına güllə vurduğu bildirilir. Ali Erensoyun daha əvvəl də eyni səbəbdən qızını saxlayıb döydüyü də məlum olub. İfadəsində hər şeyi etiraf edən killer Ayşenur B.-nin hadisədən əvvəl məscidə gedərək çarşaf geyindiyi anlar da təhlükəsizlik kameralarına düşüb.

Killer Ayşenur B. məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb. Silahdan istifadə edən Ayşenur B.-nin sərbəst buraxılması heyrət doğurub. Ortaya çıxan son məlumata görə, Ayşenur B. hadisədən sonra qaçarkən onu tutmağa çalışan yol polisinə də atəş açıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »