DXR Ukraynanın təmas xəttində bir kəndi ələ keçirməsi barədə məlumat yayıb

0

DXR Xarici İşlər Nazirliyi: Ukrayna təmas xəttində yerləşən Staromaryevka kəndini ələ keçirib, orada Ukrayna bayrağı qaldırıb və səngər qazıntısı işlərinə başlayıb.

Qeyd edək ki, bu yaşayış məntəqəsi “boz zonada” olub və demilitarizasiya edilib – ona nə Ukrayna Silahlı Qüvvələri, nə də DXR nəzarət edir.

Özünü elan etmiş respublikanın rəhbərliyi Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzi (JCCC) vasitəsilə Ukrayna hakimiyyətinə bu fəaliyyətə son qoyulmalı olduğunu çatdırmağa çalışıb, lakin Kiyevdə bu müraciətlərə məhəl qoyulmayıb.

Oktyabrın sonunda mətbuatda Ukrayna qoşunlarının Staromaryevkanı işğal etdiyi barədə məlumat yayılıb. Daha sonra DXR hakimiyyəti kəndin 30-dan çox sakininin Rusiya vətəndaşı olduğunu açıqlayıb. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının “Xolodnıy Yar” mətbuat mərkəzi bu xəbərləri təkzib edib.

Son zamanlar təmas xəttində gərginlik yenidən artıb. Ötən ayın sonunda Ukrayna Silahlı Qüvvələri DXR-in nəzarətində olan Telmanovo şəhərini atəşə tutub, həmçinin Bayraktar pilotsuz uçan aparatından istifadə edib. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna tərəfinin hərəkətlərini narahatedici adlandırıb və Kiyevin qəsdən vəziyyəti gərginləşdirməyə hazırlaşdığını istisna etməyib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »