Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə və Artsaxın statusu ilə bağlı güzəştləri təklif edən hər hansı sənədin imzalanmasının qarşısını almaq üçün, Azadlıq meydanında müxalifət qüvvələrinin etirazları davam edir.
Qeyd edək ki, aprelin 17-dən müxalifət blokunun deputatı, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan tərəfindən Azadlıq meydanında müddətsiz mitinq keçirilir. Bir gün əvvəl ona 5165 hərəkatının liderləri də qoşulub.