MARAQLI: 84 il eyni şirkətdə çalışan braziliyalı Rekordlar Kitabına düşüb – FOTO

0

Braziliyada 100 yaşlı kişi eyni şirkətdə ən uzun müddət işləyən şəxs ünvanına çataraq, Ginnesin Rekordlar Kitabına düşüb. 84 il tək bir şirkətdə çalışaraq rekord qıran Valter Orthman gənclərə də məsləhətlər verib.

Braziliyanın cənubundakı Brusk şəhərində yaşayan 100 yaşlı Valter Orthman 84 il eyni şirkətdə çalışaraq rekord qırıb.84 yıldır aynı şirkette çalışan Brezilyalı adam Rekorlar Kitabı'na girdi -  Dünyadan Haberler

Mövzuya münasibət bildirən Orthman “Sevdiyiniz işlə məşğul olun və zərərli yeməklərdən uzaq durun” deyib.

“Sən işləməyi sevməlisən. Mən bu istək və mübarizə ruhu ilə başladım”, – Orthman deyib.84 yıldır aynı şirkette çalışan Brezilyalı adam Rekorlar Kitabı'na girdi -  Dünyadan Haberler

Orthman işinə hazırda RenauxView kimi tanınan parça istehsal edən bir şirkətin fabrikində başlayıb. Tezliklə o, rəhbərliyi öz üzərinə çəkib və sonda satış meneceri olub.

Uzunömürlülük sirrini bölüşən Orthman sözlərini belə davam etdirib: “Mən həqiqətən duz və şəkərdən qaçıram. Bağırsağıma zərər verən şeylərdən, kola və digər qazlı içkilərdən çəkinirəm. Mən yalnız yaxşı, təbii qidalardan qəbul edirəm. Bu, həqiqətən də vücudun sonsuza qədər güclü qalmasına kömək edir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »