Rusiyanın başlatdığı hücumlardan sonra, Ukraynada bir aydır davam edən müharibədə mülki itkilər də artır. Ötən günlərdə insanların kütləvi məzarlıqda basdırıldığı iddia edilib, fotoşəkillər də təqdim edilib. Mövzu ilə bağlı yeni məlumata görə, BMT rəsmisi Mariupolda kütləvi məzarlıqların qazıldığını bildirib.
Rusiya-Ukrayna müharibəsində can itkisi günü-gündən artarkən, ötən həftə insanların kütləvi məzarlıqlara basdırıldığı iddia edilib. Bəzi fotolar mətbuatda da əksini tapsa da, iddiaların doğruluğu dəqiq deyildi. Birləşmiş Millətlər Təşkilatının rəsmisi bu məsələ ilə bağlı açıqlama verib…
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadakı insan haqları qrupunun rəhbəri Matilda Boqner Rusiyanın işğalı altında olan Mariupolda kütləvi məzarlıqların qazıldığını bildirib.
200 NƏFƏR BİR MƏZBURDA
Boqner bu kütləvi məzarlıqlardan birində 200 nəfərin cansız cəsədinin tapıldığı barədə məlumat aldıqlarını bildirib.
Bəzi dəlillərin peyk görüntülərindən əldə edildiyini ifadə edən Boqner, “Kütləvi məzarlarla bağlı aldığımız məlumatlar gündən-günə artmaqdadır” deyib.
Boqner Ukraynada mülki itkilərin 1035-i keçdiyini və komandasının hər iki tərəfin təsadüfi görünən hücumlarını araşdırdığını bildirib.
Rusiyanın fevralın 24-də Ukraynaya daxil olması və xüsusi hərbi əməliyyat kimi qiymətləndirdikləri bu addım Qərb ölkələrinin çox sərt sanksiyalar tətbiq etməsinə səbəb olub. (Reuters)