Müharibə bu tarixədək başa çatacaq – Baş Qərargah AÇIQLADI

0

Rusiyada müharibənin 9 may tarixinə – Qələbə gününə qədər başa çatdırılması ideyası təbliğ olunur. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın sosial şəbəkə hesabında paylaşdığı məlumatda Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinə müharibənin 9 may 2022-ci il tarixinədək başa çatdırılması ideyasının təbliğ olunduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. İndiyədək tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da, atəşkəs razılaşması əldə olunmayıb. Hazırda hərbi əməliyyatlar davam edir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya ordusu bugünədək döyüşlərdə 15 mindən çox hərbçisini itirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »