Seysmoloqlar çərşənbə axşamı Kipr sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alıblar.
İctimairey.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 154 min insanın yaşadığı Limassol şəhərindən 112 km şimal-qərbdə, Şərqi Aralıq dənizində, Mersin vilayətinin cənubundakı Anamur bölgəsi sahillərindən 134 km aralıda yerləşib. Fokus 2 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Yeraltı təkanlar Antalya, Mersin, Hatay, Adana, Isparta, Burdur və Konya əyalətlərində də hiss olunub.