SON XƏBƏR: Tokayev KTMT-nin Qazaxıstandakı missiyasının başa çatdığını elan etdi.

0

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublikada sülhməramlı missiyasının başa çatdığını bildirib.

İctimairey.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Qeyd olunur ki, KTMT sülhməramlı qüvvələrinin çıxarılması 10 gündən çox olmayacaq.

Eyni zamanda, Qazaxıstanda Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələrinin kəmiyyət tərkibi artırılacaq. Tokayev bu barədə ölkənin Milli Məclisində (parlamentin aşağı palatası) çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

Tokayev bir müddət əvvəl Qazaxıstan baş nazirinin keçmiş birinci müavini Əlixan Smailovu respublikanın yeni baş naziri təyin edib.

Qazaxıstanda iğtişaşlar zamanı 10 minə yaxın adam saxlanılıb

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaozen şəhərində maye qazın bir litrinin qiymətinin 120 təngəyə yüksəlməsinə görə başlayıb. Bundan əvvəl qazın bir litrinin qiyməti 60 quruş idi. İki gün sonra Almatıda və bir sıra başqa şəhərlərdə etirazçılarla polis və hərbçilər arasında toqquşmalar başlayıb. Aktobe, Taraz, Aktau və digər yaşayış məntəqələrində də qarşıdurmalar baş verib. İğtişaşları yatırmaq üçün KTMT-nin sülhməramlı qüvvələri respublikaya göndərilib.

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »