SON DƏQİQƏ: Qırğızıstan-Tacikistan sərhəddində  atışma baş verib

0

Qırğızıstan-Tacikistan sərhəddində  atışma baş verib

Tacikistan tərəfi qumbaraatanlardan və minaatanlardan istifadə edib

İyunun 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası sərhədçiləri arasında atışma olub.

İctimairey.az xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin İnformasiya və Kommunikasiya Departamenti məlumat yayıb.

Belə ki, saat 6:50-7:00 radələrində Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində MTN-nin “Bulak-Başı” sərhəd zastavasına doğru atəş açılıb.

Tacikistan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin “Keh” sərhəd zastavası tərəfdən atılan atəşə cavab olaraq,  Qırğızıstan tərəfi də Tacikistan postu istiqamətində cavab atəşi açıb. “Hər iki tərəfin sərhədçiləri dərhal döyüş mövqelərini tutublar.

Qırğız Respublikasının Batken vilayəti üzrə sərhəd nümayəndəsi və Tacikistan Respublikasının Suqd vilayəti üzrə sərhəd nümayəndəsi arasında telefon danışığı olub. Tərəflərin sərhəd dəstələrinin rəhbərləri hadisə yerinə yola düşüblər”, – deyə idarədən bildirilib. Lakin saat 07:50-də Tacikistan tərəfi qumbaraatan və minaatanlardan istifadə etməklə yenidən atışmaya başlayıb. Saat 8:10-da atışma dayandı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »