Burkina Faso ilə sərhəddə yerləşən Toqoda da fövqəladə vəziyyət elan edilib

0

Qətərdə terrorçu qruplar dənizə çıxış yolu axtarırlar. Toqonun Burkina Faso ilə sərhədində yerləşən Savanes bölgəsində fövqəladə vəziyyət elan edilib.

Son vaxtlar bölgədə terror aktlarının artması ilə əlaqədar Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, Savanesdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fövqəladə vəziyyətin tətbiqi regionda hərbi əməliyyatların daha effektiv idarə olunması və sürətləndirilməsi üçün nəzərdə tutulub.

May ayında Toqonun Burkina Faso ilə sərhədində törədilən terror aktı nəticəsində 8 əsgər həlak olmuşdu.

Burkina-Faso, Niger və Malidə fəaliyyət göstərən Əl-Qaidə və İŞİD-lə əlaqəli terror qrupları bir müddətdir ki, Qvineya körfəzinə doğru irəliləməyə cəhd edir. Terrorçu qruplar Qvineya körfəzindəki Fil Dişi Sahili, Benin və Toqoya hərəkət edərək, dənizə çıxış əldə etməyə çalışırlar.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »