İki iranlı alim 24 saat ərzində şübhəli hadisələr nəticəsində dünyasını dəyişib.

0

İranda son illərdə çoxlu sayda alim şübhəli şəkildə öldürülüb. Nəhayət, İnqilab Keşikçiləri üçün çalışan iki alimin 24 saat ərzində bir-birinin ardınca həyatını itirməsi çaşqınlıq yaradıb.

İnqilab Keşikçiləri Korpusunun rəsmilərinin son şübhəli ölümləri də mübahisələrə səbəb olur. İranda alimlərin şübhəli şəkildə öldüyü hadisələrə iki yeni hal əlavə edilib. Kosmos və aviasiya sahəsində çalışan iki iranlı alimin 24 saat ərzində ardıcıl olaraq, həyatını itirməsi çaşqınlıq doğururub.

Rəsmi Fars xəbər agentliyi İran İnqilab Keşikçiləri Korpusunun Aviasiya Birliyinin üzvü olan alim İranın şimalındakı Semnan Hərbi Hava Bazasında vəzifə yerinə yetirərkən həlak olduğunu bildirib. Ölüm təfərrüatları açıqlanmayan Məhəmməd Abdus adlı alimin İranın ballistik raket və peyk proqramlarında çalışdığı bildirilib.

Abdusun ölümündən bir neçə saat əvvəl eyni aviasiya bölməsinin digər alimi Əli Kamani Xomeyn şəhərində şübhəli yol qəzasında dünyasını dəyişib. İran dövlətinə bağlı Tasnim xəbər agentliyi Kəmaninin ölümünü “vətənini müdafiə edərkən həlak oldu” sözləri ilə elan edib.

İSRAİL HÜCUMU, YOXSA DAXİLİ MÜNAQİŞƏ?

İki alimin ölümü İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli rəsmilərinin son ölümlərindən sonra baş verib. İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxsi polkovnik Həsən Seyid Xodai ötən ay evinin qarşısında öldürülüb. İran hücumda İsraili günahlandıraraq, qisas almağa and içmişdi. İsrail administrasiyası isə, öz vətəndaşlarına İranın mümkün hücumuna qarşı “Türkiyəyə getməyin” xəbərdarlığı etmişdi. Bu hadisədən günlər sonra İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən olan Əli İsmayılzadənin evində pilləkənlərdən yıxılaraq ölməsi İran rəsmilərinin bir-birinin ardınca öldürüldüyü daxili. çəkişmə nəticəsində iddialarına səbəb olub.

 NÜVƏ PROQRAMININ MEMARI ÖLDÜRÜLÜB

İran nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların hədəfi olsa da, son illərdə bir çox iranlı nüvə və raket alimi şübhəli şəkildə öldürülüb. Ölkədəki bəzi tədqiqat obyektlərinə də hücum edilib. İran hadisələrin əksəriyyətində İsraili günahlandırıb, lakin İsrail administrasiyası ittihamları nə təkzib edib, nə də təsdiqləyib.

2020-ci ildə “İranın nüvə proqramının memarı” kimi tanınan Muhsin Fəhrizadənin öldürülməsi regionda gərginliyi daha da artırıb. İnqilab Keşikçiləri İsraildən qisas alacaqlarına söz vermişdilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »