TƏCİLİ XƏBƏR: Ukrayna hərbçiləri Donbassda dörd yaşayış məntəqəsini atəşə tutub

0

Ukrayna ordusu Donbassda genişmiqyaslı təxribata başlayıb. Luqansk yaxınlığındakı dörd yaşayış məntəqəsində atəş açılıb.

İctimairey.az xəbər verir ki, tərəflərin Atəşkəs və Demarkasiya Xəttinin Sabitləşdirilməsi Məsələlərinə Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzin öz xəbərlərində verdiyi məlumata görə, Luqansk Xalq Respublikasında atəşlər qeydə alınıb, Donetsk yaxınlığındakı vəziyyət barədə məlumat verilməyib.

İlkin məlumatlara görə, atəş Moskva vaxtı ilə saat 5.30-dan minaatanlardan və qumbaraatanlardan aparılır. Xalq milisləri və dinc əhali arasında ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Bundan əvvəl “SP” yazıb ki, Donbassda tammiqyaslı döyüşlərin bərpasının real təhlükəsini Kreml Kiyevin münaqişəni güc yolu ilə həll etmək istəyi hesab edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »