QARABAĞ: Qaradağlı qətliamından 30 il ötür

0

Bu gün ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 30 il ötür. 1992-ci il fevralın 15-dən başlayaraq erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Qaradağlı kəndinə hücum edib.

İki gün çəkən ağır döyüşdən sonra ermənilər fevralın 17-də kəndi işğalı ediblər. Kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Erməni faşizminin Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan, Bako Saakyan, Seyran Ohanyan, Vitali Balasanyan, Samvel Babayan, Araik Arutyunyan kimi nümayəndələri törətdikləri bütün vəhşiliklərə görə mütləq cavab verəcəklər!

Əlisahib HÜSEYNOV. MHP-ın sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »