Rusiyada koronavirusa yoluxma halları bir gündə 200 mini keçib  

0

Son sutka ərzində Rusiyada 203 949 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu, pandemiya dövründə ən yüksək rəqəmdir.

Beləliklə, Rusiyada fevralın 11-i səhərə qədər ümumi yoluxma sayı 13 731 794 nəfərə çatıb. Gün ərzində 19 281 nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiyanın bütün dövrü ərzində Rusiya Federasiyasında COVID-19-dan 338 813 nəfər (son sutkada 722) vəfat edib, 11 021 633 nəfər sağalıb (son gündə 112 236 nəfər).

Ən çox yeni koronavirusa yoluxma halı Sankt-Peterburqda (22 070) qeydə alınıb. Ondan sonra Moskva (18 541) və Moskva vilayəti (8 967) gəlir. Həmçinin ilk beşlikdə 7313 hadisə ilə Krasnoyarsk diyarı və 5796 hadisə ilə Sverdlovsk vilayəti yer alır.

Qeyd edək ki, fevralın 10-da Rusiyada 197 076 yeni koronavirus hadisəsi qeydə alınıb, 20 178 nəfər xəstəxanaya yerləşdirilib, 669 nəfər ölüb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »