SON XƏBƏR: Rus döyüş gəmiləri bir-birinin ardınca Çanaqqaladan keçdi

0

Rusiya donanmasının  17 saylı “Pyotr Morqunov”, 12 saylı  “Oleneqorskiy Qorniak” və 16 saylı “QeorQiy Pobedonosets” adlı desant gəmiləri Çanaqqala boğazından keçərək, Mərmərə dənizə doğru istiqamət alıblar.

Rusiya donanması tərəfdən 17 saylı “Pyotr Morqunov”, 12 saylı  “Oleneqorskiy Gorniak” və 16 saylı “Qeorqiy Pobedonosets” adlı desant gəmiləri saat 09.15-də Ege dənizindən boğaza daxil olub. Saat 10.30-da Çanaqqalanın qarşısına çatıb.

Kilitbahir qalası və ‘Dur Yolcu’ işarəsi qarşısında irəliləyən döyüş gəmiləri Nara burnunu döndükdən sonra,  Mərmərə dənizinə doğru istiqamət alıb.

Rusiya ilə Ukrayna arasında yaşanan böhran səbəbindən, Qara dənizə doğru hərəkət edən desant gəmiləri boğazdan keçərkən, onları Sahil Mühafizəsinin katerləri müşayiət edib.

Dünən də Rusiyanın 3 hərbi gəmisi Çanaqqala boğazından keçərək, Qara dənizə doğru hərəkət edib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »