Con Simpson Əfqanıstanda: Bir millətin məhvini seyr edirsiniz?

0

Əfqanıstan iqtisadiyyatının inkişafını dayandırmaq onu çökdürüb və səkkiz milyona qədər insan aclıqdan ölür.

Taliban hakimiyyəti ələ keçirdikdən təxminən altı ay sonra, BBC World Affairs redaktoru Con Simpson BBC Panorama üçün ölkəyə qayıdıb. Əfqanıstanın yeni ağaları terrorla əlaqələrə və illərlə insan hüquqlarının pozulmasına görə, beynəlxalq təcridlə üzləşiblər. İndi isə, yardımın  xalqa çatması üçün, Qərbin Əfqan liderlərinə münasibətini dəyişməli olub-olmaması ilə bağlı suallar artıb.

Taliban hökumətinin baş nazirinin müavini etiraf edib ki, “bir çox əfqan müharibə və quraqlıq səbəbindən yoxsulluq içində yaşayır”. Bununla belə, Hənəfi əlavə edib ki, “onların [Əfqanların] acından ölmə ehtimalı azdır və narahatlığa heç bir əsas yoxdur”.

Dekabrın əvvəlində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası dünya ictimaiyyətini Əfqanıstan xalqına humanitar yardım göstərmək üçün vəsait ayırmağa çağırıb. Təşkilatda qeyd olunduğu kimi, Əfqanıstan öz tarixinin ən pis quraqlıqlarından və ərzaq qıtlığından birinin məngənəsindədir və bu, sərt qışda milyonlarla əfqan üçün görünməmiş fəlakət təhlükəsi yaradır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »