Samsunda Atatürk heykəlinə hücum edilib

0

Samsunda Atatürk abidəsinə kəndir ataraq, aşırmaq istəyənlərin hücumuna cavab olaraq, vətəndaşlar bütün gecə abidənin qarşısında keşik çəkib.

 İctimairey.az xəbər verir ki, Samsunda Atatürk heykəlinin yerləşdiyi Şərəf abidəsinə hücum ediblər. Hadisədən sonra, dünən axşam saatlarından etibarən bir çox vətəndaş abidənin ətrafında keşik çəkməyə başlayıb.

İlkadım və Atakum bələdiyyələri də buradakı vətəndaşlara çadırlar qurub, Rəcəb ayının başlaması münasibətilə onlara  çay və şam ehsan ediblər.

Məşəl alovlandıran vətəndaşlar zaman-zaman İstiqlal Marşı, İzmir Marşı və Onuncu İl Yürüşünü səsləndiriblər.

Polis qrupları ətrafda təhlükəsizlik tədbirlərini artırıb.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »