Paşinyan Yerasxdan Azərbaycana dəmir yolunun bərpası üçün işçi qrup yaradıb

0

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qərarı ilə Yerasxdan (Ermənistanın Ararat rayonu) Azərbaycanla sərhədə qədər və Meqri hissəsində (Syunik rayonu) dəmir yolu xətlərinin bərpası üçün işçi qrup yaradılıb.

İctimairey.az xəbər verir ki, müvafiq qərar ER hökumətinin saytında dərc olunub.

Sərəncama əsasən, işçi qrupunun 10 nəfərdən ibarət tərkibi təsdiq edilib, baş nazirin müşaviri Artaşes Tumanyan onun rəhbəri təyin edilib.

İşçi qrupunun rəhbərinə tapşırılıb ki, görülən işlərlə bağlı hər üç aydan bir, Baş nazirə hesabat təqdim etsin.

Baş nazirin digər qərarı ilə, Tumanyan 2022-ci il yanvarın 14-dən 17-dək Meqri şəhərinə ezam olunub.

Dəmir yolu haqqında

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev dekabrın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqləyiblər.

Yerasx — Ermənistan Respublikasının Ararat rayonunun kənarında, İrəvanla bitişik qəsəbə, Meğri — Sünikdə (Ermənistanın cənubunda, İran və Azərbaycanla həmsərhəd) şəhərdir. Bu yaşayış məntəqələrinin qalan hissəsi – Culfa-Ordubad-Horadiz Azərbaycanın şəhərləridir.

Paşinyanın sözlərinə görə, bu dəmir yolu ölkələrin suverenliyi və yurisdiksiyalarında qarşılıqlılıq prinsipi əsasında, beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük standartlarına uyğun fəaliyyət göstərəcək. O qeyd edib ki, Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya çıxış əldə edəcək, Azərbaycan isə Naxçıvanla dəmir yolu əlaqəsi əldə edəcək.

Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına görə, Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi 1,2 milyard dollar həcmində investisiya tələb edə bilər.

 

 16 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »