SON DƏQİQƏ: Oyanmış Karımski vulkanı 6 km hündürlüyə kül atıb

0

Püskürmə davam edir

İctimairey.az bu gün 13 yanvar-da TASS-a istinadən xəbər verir ki, Kamçatka Vulkan Püskürməsinə Müdaxilə Qrupu (KVERT) cümə axşamı Kamçatkadakı Karımski vulkanından altı kilometr yüksəkliyə kül atılması qeydə alınıb.

“Vulkanın püskürməsi davam edir. Peyk məlumatları göstərdi ki, partlayışlar altı kilometrə qədər hündürlüyə kül atıb, kül buludları isə vulkanın şimal-qərbinə doğru sürüklənir”, – məlumatda deyilir.

Karımski vulkanı Kamçatkanın ən aktiv vulkanlarından biridir, hündürlüyü demək olar ki, 1500 m-dir. O, Petropavlovsk-Kamçatskidən 115 km məsafədə yerləşir. 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »