Əsgər toplaya bilməyən ABŞ yeni əsgərlərinə 50 min dollar mükafat verəcək

0

ABŞ-da Covid-19 epidemiyası səbəbindən əsgər qəbulunda problem olduğu üçün, ABŞ Quru Qoşunları 6 il müddətinə orduya qatılan ixtisaslı əsgərlərə 50 min dollara qədər pul verəcək.

İctimairey.az bildirir ki, Amerikanın Associated Press Agentliyinə danışan Quru Qoşunları Hərbi Xidmətinin komandanı general-mayor Kevin Veren, Covid-19 epidemiyasının son iki ildə rəqabətli iş bazarının yaranmasına səbəb olduğunu və bunun da ABŞ ordusuna işə qəbulda çətinliklər yaratdığını qeyd edib.

ABŞ komandiri bildirib ki, Quru Qoşunları əsgər qəbulu ilə bağlı çətin prosesə girib və onlar bəzi əlavə pulların, eləcə də bir neçə dəyişikliyin ixtisaslı gəncləri əsgərliyə getməyə razı salacağını düşünürlər.

“2020-ci ilin əvvəlində məktəblərin tamamilə bağlandığı Covid-19 epidemiyasının təsirlərini hələ də görürük. Buna görə də üz-üzə təmas qura bilmədiyimiz üçün, böyük bir gənc kişi və qadın sinfini itirdik” deyib.

Son iki ildə vəzifədə olan bir çox əsgərin orduda qalmağa qərar verdiyini ifadə edən Vereen, Quru Qoşunlarının sayını saxlamaq üçün, keçən il olduğu kimi bu il də təxminən 57.500 yeni əsgər qəbul etməyi hədəflədiklərini qeyd edib. Bu səviyyədə olan əsgərlərin sayı 485 min ətrafındadır.

ABŞ generalı bildirdi ki, bəzi çox ehtiyac duyulan sahələrdə bacarıqlı insanlar 6 il ərzində Quru Qoşunlarına əsgər kimi qoşulsalar, 50.000 dollara qədər mükafat alacaqlar.

Vereen, raketdən müdafiə, xüsusi təyinatlılar, siqnal kəşfiyyatı və döyüş sahəsində silah əməliyyatlarını koordinasiya edən atəşə nəzarət kimi müəyyən peşələrin adətən maksimum 50.000 dollar mükafat alacağını, daha yüksək məbləğin isə piyadalar, kəşfiyyat analitikləri kimi şəxslərə: döyüş həkimləri, hərbi polis və döyüş mühəndislərinə veriləcəyini söyləyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »