Tokayev iğtişaşlar başlayandan bəri ilk dəfə Nazarbayevin adını çəkib

0

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, birinci dövlət başçısı Nursultan Nazarbayevin dövründə ölkədə zəngin insanlar təbəqəsi yaranıb və onlar indi xalqa kömək etməlidirlər.

İctimairey.az xəbər verir ki, Tokayevin Milli Məclisin iclasındakı çıxışını Tengrinews portalı dərc edib.

Prezident vurğulayıb ki, o, biznesdən “Qazaxıstan xalqı” ictimai fonduna əhəmiyyətli və müntəzəm töhfələr gözləyir.

“Birinci prezidentin, Elbasının sayəsində ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlara görə də zəngin insanlar təbəqəsi yaranıb. Hesab edirəm ki, bu, Qazaxıstan xalqına hörmət etmək və onlara sistemli və müntəzəm olaraq kömək etmək üçün toplaşmalıdılar”, – Tokayev bildirib.

O, həmçinin saxta əməliyyatlar vasitəsilə xaricə kapital çıxarılması riskinin yüksək olduğunu bildirib və Milli Banka Maliyyə Monitorinqi Agentliyi ilə birlikdə “bütün əməliyyatların dəqiq monitorinqini, yoxlanmasını və nəzarətini təmin etməyi” tapşırıb.

Tokayevin sözlərinə görə, Qazaxıstan İnkişaf Bankı “seçilmiş insanlar dairəsi üçün şəxsi banka” çevrilib.

“Biz hamını soyadına görə tanıyırıq. Yüksək ofislərə çıxış imkanlarından istifadə edərək, öz layihələrini həyata keçirmək üçün, imtiyazlı şərait əldə edirlər. Mövcud sistem böyük strukturlara “hər şey dostlara, qalanlar isə – qanuna uyğun” prinsipi ilə xidmətə yönəlib.

Bundan əvvəl Tokayev yeni baş naziri təqdim edib (Əlixan Smailov) və bir sıra islahatların keçiriləcəyini açıqlayıb. O, bildirib ki, Milli Təhlükəsizlik Komitəsi onun fikrincə, iğtişaşlara səbəb olan “təxribat işi”ni ayırd edə bilmir.

Prezident bildirib ki, ölkə milli təhlükəsizlik orqanlarının və silahlı qüvvələrin strukturunun tamamilə yenidən qurulması ilə üz-üzə qalacaq, polis əməkdaşlarına hücuma görə məsuliyyət sərtləşdiriləcək, təhlükəsizlik işçiləri daha yüksək maaş alacaqlar.

Tokayev ölkənin iqtisadi sistemini səmərəsiz adlandırıb, benzinə əlavə aksiz vergisi tətbiq etmək planlarını açıqlayıb, deputatların və administrasiya rəhbərlərinin maaşlarının artırılmasına 5 illik moratorium elan edib, həmçinin töhfə verəcək iri şirkətlərin daxil olduğu xüsusi inkişaf fondunun yaradıldığını bəyan edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »