El Salvadorda müdafiə nazirinin oğlunun olduğu təyyarə qəzaya uğrayıb

0

Salvador Hərbi Hava Qüvvələrinə məxsus təyyarə axtarış əməliyyatı zamanı qəzaya uğrayıb. Təyyarədə ölkənin müdafiə nazirinin oğlu da daxil olmaqla üç nəfər olub.

Baron 55 Beechcraft dekabrın 1-də dənizdə itən iki sərnişini olan təyyarənin axtarışına çıxıb.

İctimairey.az yerli KİV-ə istinadən yazır ki, təyyarə La Puntilla bölgəsində radarlardan itib.

Təyyarənin qalıqları hələ də tapılmayıb. Axtarışlar hərbi gəmilər və helikopterlər tərəfindən aparılır. “Biz nazir Merino Monroinin oğlu leytenant Qerardo Merino da daxil olmaqla üç ekipaj üzvünü axtarırıq”, – hərbçilərin Twitter-də göndərdiyi mesajda deyilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »