Ukrayna əhalisi 2050-ci ilə qədər 35 milyonadək azalacaq

0

Ukrayna əhalisi 2050-ci ilə qədər 35 milyonadək azalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin hesabatında məlumat yer alıb.

Hesabatda qeyd olunur ki, demoqrafik cəhətdən dayanıqlı ölkəyə çevrilmək üçün Ukraynaya genişmiqyaslı və hərtərəfli strategiya lazımdır.

Ukraynada əhalinin azalmasının əsas səbəbləri arasında aşağı məhsuldarlıq dərəcəsi, yüksək ölüm nisbəti, xarici miqrasiyanın miqyasında daimi artım dayanır.

Ukraynanın əhalisi Avropada daha tez qocalanlardan biridir, xüsusən də əhalinin beşdə birindən çoxu 60 yaşdan yuxarıdır. Bu, səhiyyə və pensiya xərclərinin artmasına səbəb olur ki, bu da dövlət büdcəsinə təzyiq göstərir.

Emil Hüseynli

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »