Ayı ilə savaşan Yılmaz xəstəxanaya yerləşdirilib: “Ayıya haqqımı halal etmirəm”

0

Bursanın İznik rayonunda yaşayan qazma operatoru gənc Sezgin Yılmaz meşədə işləyərkən, ayının hücumuna məruz qalıb və xəstəxanaya yerləşdirilib. Hücumdan sonra açıqlama verən Yılmaz, “Ayının halını da görməlisən, o daha yazıq durumdadır. Mən haqqımı ayıya halal etmirəm” deyib.

Əldə edilən məlumata görə, Tokatda ayı hücumundan sonra Bursanın İznik rayonunda daha bir ayı hücumu yaşanıb.

Boyun, əl və ayaq nahiyəsindən xəsarət alan gənc ətrafdakı işçilər tərəfindən xəstəxanaya çatdırılıb.
Müalicə altında olan Sezgin Yılmaza quduzluğa qarşı peyvənd vurulub.

Xəstəxanadan çıxdıqdan sonra müalicəsini evdə davam etdirən Sezgin Yılmaz danışıb: “Meşədə işləyirdik. Nahar fasiləsinə getdim. Geri dönərkən ayı ilə üz-üzə gəldik. Ayıdan 100-150 metr qaçsam da məni tutdu və 5-6 dəqiqə ayı ilə mübarizə apardım, yuvarlandıq. Mənim halımı görürsünüz, onun halı daha acınacaqlıdır. Sonra səslər eşitdim və qardaşım gəldi və məni xəstəxanaya apardılar. Mən haqqımı ayıya halal etmirəm”.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »