Əfqanıstandan təxliyə edilənlərin olduğu Rusiya təyyarələri Moskvaya çatıb

0

Rusiyaya məxsus 3 hərbi-nəqliyyat təyyarəsi təxliyə edilənlərlə birlikdə Əfqanıstandan geri dönüb.

İctimairey.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Kabil hava limanına humanitar yardım aparan üç hərbi-nəqliyyat təyyarəsi təxliyyə edilənləri Moskvaya çatdırırıb”, – nazirliyin bəyanatında deyilir.

Təyyarənin göyərtəsində 205 Rusiya, Belarus, Ermənistan, Ukrayna və Əfqanıstan vətəndaşları olub.
Onlar Moskva vilayətindəki Çkalovski aerodromuna çatdırılıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəni tərk etmək istəyən vətəndaşların Əfqanıstandan təxliyə ediləcəyini bildirmişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »