Palma adasında vulkan püskürməsi nəticəsində ilk qurban həyatını itirdi

0

Püskürmə sentyabrın 19-dan davam edir. Palm adası fəlakət zonası elan edilib.

İspaniya mətbuatı şənbə günü, noyabrın 13-də Palma adasındakı Cumbre -Vieja vulkanının püskürməsindən sonra, ilk insan qurbanı haqqında məlumat əldə edib. 72 yaşlı kişi adanın cənub hissəsində evinin damından vulkan külünü təmizləyərkən, külün ağırlığından ev çöküb və kişi həyatını itirib.

Qeyd edək ki, püskürmə təxminən iki aya yaxındır ki, sentyabrın 19-dan bəri davam edir. Palma adası sentyabrın 28-dən təbii fəlakət zonası elan edilib. Lava axınları 1018 hektar ərazini əhatə edib və 1450-dən çox evi tamamilə dağıdıb, 7000-dən çox sakin isə təxliyə olunmağa məcbur olub. Adadakı hava limanı təbii vəziyyətə görə bağlıdır.

Cumbre Vieja püskürməsinin başlanğıcından əvvəl bir sıra kiçik zəlzələlər baş veribdi. Bir neçə gün ərzində adada 6600-ə yaxın kiçik və orta zəlzələ qeydə alınıb. Onlardan ən güclüsünün gücü 4,2 olub. Bundan əvvəl Palma adasında vulkan püskürməsi 1971-ci ildə baş vermişdi.

İctimairey.az

 117 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »