Kosmik turist Qlen de Vries ABŞ-da təyyarə qəzasında həlak olub

0

ABŞ-da milyarder Ceffa Bezosun Blue Origin adlı “New Shepard” kosmik gəmisi ilə kosmosa uçan iş adamı və kosmos turisti Qlen de Bries təyyarə qəzasında dünyasını dəyişib.

İctimairey.az xəbər verir ki, bu barədə noyabrın 12-də korporasiyanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Vries Nyu Cersi ştatının Sasseks qraflığında kiçik ölçülü Cessna-172 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

“Glen de Vries-in gözlənilməz ölümünü eşitdiyimiz üçün çox kədərləndik. O, bütün komandaya çox həyat və enerji gətirdi. Onun aviasiyaya olan ehtirası, xeyriyyəçilik işi və işinə sadiqliyi hələ uzun müddət hörmətlə xatırlanacaq və heyranlıq doğurmağa davam edəcək”, – bəyanatda deyilir.

Bu məlumatı CBS telekanalı təsdiqləyib. Qeyd olunur ki, Dassault Systèmes şirkətinin vitse-prezidenti olan 49 yaşlı de Vries həvəskar pilot olub.

Onunla birlikdə təyyarənin ikinci sərnişini, 54 yaşlı Tomas Fişer də dünyasını dəyişib. Hazırda ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »