Ərdoğan Yunanıstanı ABŞ-ın “forpostu” adlandırdı

0

Avropa İttifaqının sərhədlərinə yaxın miqrasiya böhranının Türkiyədən qaynaqlandığına dair iddialar nankorluq təzahüründən başqa bir şey deyil.

İctimairey.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 11-i axşam Ankarada Macarıstanın baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

Türkiyə lideri Yunanıstanı qaçqınlarla pis rəftar etməkdə ittiham edib.

“Yunanıstan qaçqınlarla dolu qayıqları deşərək, onları ölümə məhkum edən ölkədir. Buna dair əlimizdə sübutlar var”, – deyə Ərdoğan bildirib.

Dövlət başçısı onu da qeyd edib ki, Yunanıstanın Aleksandrupolis liman şəhərində böyük Amerika hərbi bazasının yaradılması Yunanıstanın özünün bir növ ABŞ forpostuna çevrildiyini deməyə əsas verir.
“Siz Türkiyəni ittiham etməklə dünyanı aldada bilərsiniz. Amma siz bizi aldada bilməzsiniz”, – deyə prezident qeyd edib.

Ərdoğan daha sonra Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi miqrasiya böhranı ilə bağlı yalan danışmaqda ittiham edib.

O, Türkiyənin 4 milyonu suriyalı olmaqla 5 milyona yaxın miqrantın yaşadığını xatırladaraq, “miqrasiya böhranının Türkiyədən qaynaqlandığını söyləmək nankorluqdur” – deyib.

Qeyd edək ki, Yunanıstan bu həftə Türkiyəni iki regional rəqib arasında sularda “pirat” rolunu oynamaqda ittiham edərək, onun sahil mühafizəsinin müşayiət etdiyini və qeyri-qanuni yollarla Yunanıstana çatmağa çalışan miqrant qayıqlarını Yunanıstan sularına itələməyə cəhd etdiyini iddia etdi. Türkiyə isə, öz növbəsində Yunanıstanı qeyri-qanuni hərəkətlərdə və sığınacaq axtaran şəxslərin özgəninkiləşdirilməsində ittiham edərək, bunun humanitar normaları və ümumilikdə beynəlxalq hüququ pozduğunu, qadın və uşaqların da daxil olduğu həssas miqrantların həyatını təhlükə altına atdığını bildirib.

Türkiyə-Macarıstan iqtisadi əlaqələrinin inkişaf perspektivlərinə toxunan Ərdoğan bildirib ki, Ankara Budapeştlə ticarətin həcmini 6 milyard dollara çatdırmağı hədəfləyir.

Son illərdə ABŞ Afina ilə hərbi əlaqələri gücləndirib. Amerikalılar artıq öz qüvvələrini Souda körfəzindəki dəniz bazasında, eləcə də Krit, Aleksandrupoli, Larisa və Stefanovikeioda yerləşdiriblər. Əvvəllər daha dörd baza əlavə etmək planlaşdırılırdı və Yunanıstan bu əlavə yerləşdirmə üçün ABŞ-a 22 seçim təklif edib.

EADaily xəbər verib ki, Aİ-nin Polşa və Belarus arasındakı xarici sərhədində davam edən miqrant böhranı fonunda Türkiyənin milli hava daşıyıcısı olan Türk Hava Yolları Aİ-də qadağan edilə bilər. Bu, əvvəllər ümumavropa rəhbərliyində aydın şəkildə ifadə edilmişdi.

İctimairey.az

 75 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »