Türk Şurasının liderləri İstanbulda bir araya gələcək

0

Türk Şurası ölkələrinin liderləri cümə günü, noyabrın 12-də İstanbulda görüşəcək.

İctimairey.az xəbər verir ki, bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantıda Macarıstanın baş naziri Viktor Orban və Türk Şurasının baş katibi Bağdad Amreev də iştirak edəcək.

“Rəqəmsal dövrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” şüarı altında təşkil olunan Türk Şurasının 8-ci Zirvə Toplantısı zamanı liderlər gündəlikdəki aktual məsələlərin geniş spektrini müzakirə edəcəklər.

Sammitdən sonra liderlər “İstanbul Bəyannaməsi”ni imzalayacaqlar. Sammitdə təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

Forum ərəfəsində Türk Şurasına üzv ölkələrin xarici işlər nazirləri gündəlikdəki məsələləri və imzalanacaq sənədləri yekunlaşdırmaq üçün cümə axşamı İstanbulda bir araya gələcək.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »