Məşhur pianoçu Əzizə Mustafazadə İstanbulda konsert verib – FOTO

0

Tədbir türk dünyası ölkələrinin müstəqilliklərinin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində təşkil olunub. Stanbulda Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın müstəqillik əldə etmələrinin 30-cu ildönümü münasibətilə tədbirlər davam edir.

Türk dünyası ölkələrinin müstəqilliklərinin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Türkiyənin metropol şəhərində Azərbaycanın tanınmış caz ifaçısı və pianoçusu Əzizə Mustafazadənin konserti olub. İstanbul Bələdiyyəsinin Cemal Reşit Rey (CRR) Konsert Salonundaki çıxışı çoxlu sayda musiqiçinin marağına səbəb olub. Əzizə Mustafazadə repertuarından “Seher Qarabağda”, “Quiet Alone»”, “Sarı gəlin” və “Uzun İncə Bir Yoldayım” kimi sevilən mahnılarını ifa edib. Konsert iki saata yaxın davam etdi. “Thelonious Monk” kompozisiyasının ifası zamanı pianoçunu oğlu Ramiz Xan müşayiət edib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »