Azərbaycanlı Ukraynada nazir müavini təyin edilib

0

Ukraynada azərbaycanlı Fərid Kamil oğlu Səfərov energetika naziri müavini təyin olunub.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Nəqliyyat və poçt xidmətləri üzrə rəqəmsal infrastruktur departamentinin baş direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »