Məsciddən oğurluq edən oğru polis əməkdaşını güllələyərək öldürüb

0

Qaraçay-Çərkəzdə məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs polislərə atəş açıb, nəticədə onlardan biri öldürülüb.

İctimairey.az Daxili İşlər Nazirliyinin KCR üzrə mətbuat xidmətinin məlumatına görə bildirir ki, Karaçayevsk şəhərinin çıxışında 32 yaşlı yerli sakini yaxalayarkən o, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına “Saiqa” markalı tüfəngdən atəş açıb.

“Cinayət-axtarış şöbəsinin əməliyyatçısı, polis leytenantı Anuar Başkayev hadisə yerində dünyasını dəyişib. İkinci əməliyyatçı isə, ayaqlarından güllə yarası alıb. O, xidməti silahından cavab atəşi ilə qatili məhv edib. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, polis leytenantı Anuar Əlixanoviç Başkayev 7 dekabr 1987-ci ildə Qaraçay rayonunun Verxnyaya Mara kəndində anadan olub. Daxili qoşunlarda xidmət etdikdən sonra 2014-cü ilin yanvar ayında daxili işlər orqanlarına gəlib. Bu yaxınlarda o, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin “Karaçayevski” Cinayət Axtarış İdarəsinin əməliyyatçısı vəzifəsində çalışıb. Anuar Başkayevin həyat yoldaşı və iki övladı qalıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Qaraçay-Çərkəz Respublikası üzrə İstintaq İdarəsi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) maddə ilə cinayət işi açıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »