Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə boyanıb – FOTO

0

Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanı keçmiş torpaqlarına qaytaran Qarabağın azad edilməsinin birinci ildönümünə qədəm qoyub. Qarabağ zəfərinin 1-ci ildönümü münasibətilə Fatih Sultan Mehmet körpüsü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Ermənistanın 30 illik işğalına son qoyan Qarabağ Qələbəsinin birinci ili başlayıb. 44 gündə qələbə qazanan Azərbaycana Türkiyə diplomatiyası da daxil olmaqla, bir çox beynəlxalq kanallarda dəstək verdi.
İctimairey.az xəbər verir ki, Türkiyənin Son Dakika nəşri Azərbaycanın qələbəsini tərənnüm edən məqalə paylaşıb. Məqaləni diqqətinizə çatdırırıq. Əhəmiyyətli günlərdə rəngli və işıq şoularının keçirildiyi FSM körpüsü bu dəfə Azərbaycanın Qarabağ Qələbəsinin ildönümü üçün mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Axşam saatlarında başlayan rəngli işıqların şöləsi səhərə qədər davam edəcək.

QARABAĞ BƏYANNAMƏSİ

Prosesin əvvəlindən Azərbaycanın arxasında duran Türkiyə ilə yanaşı, Rusiya başda olmaqla dövlət adamlarının danışıqlarında məğlubiyyəti qəbul edən Ermənistan işğal etdiyi ərazilərdən çəkilməyə razılaşıb. Sazişi canlı yayımda Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev imzalayıblar.

PREZİDENT ƏRDOĞAN MEHMETCİK İLƏ AZƏRBAYCANA GEDİB

Qələbədən sonra, Azərbaycan 2020-ci il dekabrın 10-da Azadlıq meydanında hərbi parad keçirib. Mərasimə Mehmetçiklə qatılan prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqının sevgisi ilə doldu və minlərlə azərbaycanlı əllərində Azərbaycan və Türkiyə bayraqları ilə mərasimin keçiriləcəyi ərazini doldurdu.
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, İpək Yolu İctimai Diplomatiya Təşkilatı və Azərbaycan Türk Evinin birgə təşkilatçılığı ilə Four Seasons Hoteldə “Qarabağ Azərbaycandır” mövzusunda sənət sərgisi və bayram şənliyi keçirilibb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »