ABŞ hərbi gəmiləri Gürcüstanda – FOTO

0

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının LCC 20 nömrəli “USS Mount Whitney” adlı komanda-nəzarət gəmisi və DDG 78 nömrəli “USS Porter” adlı idarə olunan raket esminesi Gürcüstana gəlib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının LCC 20 nömrəli “USS Mount Whitney” adlı komanda-nəzarət gəmisi və DDG 78 nömrəli “USS Porter” adlı idarə olunan raket esminesi Gürcüstana gəlib. 6-cı Donanmanın paylaşdığı – “Gürcüstanda olmaqdan xoşbəxtik” – mesajı gündəmdə yer alıb.

“Səfər NATO müttəfiqləri ilə mühüm Qara dəniz tərəfdaşı Gürcüstan arasında mühüm əlaqələri vurğulayır. Gürcüstan regionda sülh və sabitliyin təşviqində ardıcıl və sadiq tərəfdaş olub”, – ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir. ABŞ-ın bölgədəki mövcudluğu Qara dənizdə və regionda sülh və rifahı inkişaf etdirmək üçün, müttəfiqləri və tərəfdaşları ilə işləməyə sadiqliyini nümayiş etdirir.
Hər iki gəmi Bolqarıstan Hərbi Dəniz Qüvvələri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə ikitərəfli gəmi manevrləri, rabitə sınaqları və simulyasiya təlimlərində iştirak edib və Gürcüstan Sahil Mühafizəsi tərəfindən Batumiyə aparılıb”, – Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Daha əvvəl Sarayburnu limanında lövbər salan ABŞ hərbi gəmisi İstanbula 3 günlük səfərindən sonra, noyabrın 4-də Bosfor boğazını keçərək Qara dənizə yola düşüb. USS Mount Whitney komanda-nəzarət gəmisi boğazın keçidini 1,5 saatda tamamlayaraq Qara dənizə çıxıb. ‘USS Mount Whitney’ gəmisinin Qara dənizə keçməsi ilə ABŞ Qara dənizdəki döyüş gəmilərinin sayını 3-ə çatdırdı.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »