İngiltərə hökuməti ölkəyə min xarici QƏSSAB dəvət edir

0

Yük maşını sürücülərinin olmaması səbəbindən təchizat zənciri pozulan İngiltərə çətin anlar yaşayır. Yanacaq qıtlığından və bazarlarda boş rəflərdən sonra, ölkədə qəssab böhranı başladı. Hökumət, Milad vaxtının yaxınlaşması ilə əlaqədar hərəkətə keçdi.

Milad hazırlıqlarının tamamlanması üçün, ölkəyə təxminən 1000 xarici qəssab işə götürməyi düşünür. İngiltərədə təhsil almış bir qəssab ildə 442 min TL (84.68 manat) qazanır.
Yanacaq böhranı ilə çətin günlər yaşayan İngiltərədə indi qəssab qıtlığı yaranıb. İngilislər ölkədə savadlı qəssab çatışmazlığı olduğunu elan ediblər.
İctimairey.az ölkənin ən çox oxunan qəzetlərindən olan The Timesa istinadən bildirir ki, İngiltərə kabinetini xaricdən qəssabların gəlməsi üçün viza qaydalarını yumşaltmağı planlaşdırır. Qəzetin xəbərinə görə, ölkəyə təxminən 1000 xarici qəssabın cəlb edilməsinin gündəmdədir.
İngilis Ət Emalı Dərnəyinin məlumatlarına görə, sənayenin supermarketlərdə ət satmaq üçün, 15 min işçiyə ehtiyacı var. Dərnəyin sözçüsü, “Ərzaq tədarükünü davam etdirmək üçün hər gün çalışırıq, ancaq məhsulların Milad bayramına hazırlanması üçün işlərə iyun və iyul aylarında başlamaq lazım idi, amma işçi qüvvəsi baxımından problemlər yaşanır”.
Dərnəyin verdiyi açıqlamada, İngilis qəssabların maaşlarının və minimum əmək haqqının artırılması təklif edildiyi bildirilsə də, bir çox qəssab bu işdən ayrılmağa qərar verib. The Times, İngiltərədə təhsilli bir qəssabın ildə 37.000 funt sterlinq qazana biləcəyini yazıb.
Xəbər verildiyi kimi, bu səbəbdən immiqrasiya sistemində də yumşaldıcı tədbirlər görülür və bacarıqlı qəssablar ölkəyə rahat gələ bilərlər. Bununla birlikdə, The Times qəzeti, hökumətin qəssabların ölkəyə gəlməsi üçün məcburi olan İngilis dilini yaxşı səviyyədə bilməsi tələbini də yumşaldıb.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »