Salyan Rayon Azəriqaz Regional” (İB)- nin rəhbərliyi Şəhid ailələri və Qazilərin evlərinin qazlaşdırılmasını xüsusi diqqət ayırır

0

Salyan rayonunda yerləşən “Azəriqaz Regional” (İB) Qarabağ döyüşləri bitdikdən sonra 45- dən artıq Şəhid ailələrinin və Qazilərin evlərini qazlaşdırılmasını həyata keçirib.

İctimairey.az-a Azəriqaz İB-dən verilən məlumata görə, dövlət proqramları çərçivəsində və Birliyin tədbirlər planına daxil olan, təmir-tikinti prosesləri zamanı Şəhid ailələrinin və Qazilərin müraciətləri daha çox diqqətdə saxlanılır.


Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları rayonlarda və kəndlərdə qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb. Belə ki, Saıyan rayonunda və kəndlərində 45-dən artıq müharibə veteranlarının evlərinin qazlaşdırılması icra edilir.
Azəriqaz İB Baş Drektor Ruslan Əliyev mətbuat vasitəsi ilə əhaliyə bildirir ki, bundan sonra da, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin qaz təchizatı ilə bağlı çətinlikləri daim diqqətdə saxlanılacaq və onların müraciətləri vaxtında icra ediləcək.


Məlumat üçün bildiririk ki, Salyan rayonunun Şorsulu kəndində yaşayan birincin Qarabağ Qazisi Əflatun Rzayevin evinin qazlaşmasında yaxından köməklik göstərən Salyan rayonunda yerləşən “Azəriqaz Regional”(İB)-nin Rəisi Namiq Məmmədova və Salyan rayon Qaz istismar idarəsinin rəisi Faiq Qurbanova “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi” nin sədri İntiqam Əliyev Birlik adından Fəxri fərmanla təltif etmişdir..

Fuad QƏHRƏMANOV İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »