Olimpiya qalmaqalı: Rumıniyanın Anasını ağladıblar, baş nazir hiddətlənib

0

Paris Olimpiadasında yeni qalmaqal yaşanıb. Rumıniyanın baş naziri idman gimnastikası yarışı ilə bağlı qərara etiraz olaraq Olimpiya oyunlarının bağlanış mərasimini boykot edir.

Rumıniyanın baş naziri Marsel Colakunu hiddətləndirən hadisə rumıniyalı Ana Barbosun son anda bürünc medaldan məhrum edilməsi olub.

Məlumata görə, bazar ertəsi ABŞ-li idmançının məşqçisi hakimlərə apelyasiya şikayəti verib, nəticədə Jordan Çaylza 0,1 xal əlavə edilib, bu xalq onu 3-cülüyə yüksəldib və podiumun son pilləsi Ana Barbosuya nəsib olmayıb.

Rumıniyanın baş naziri Marsel Çolaku bu barədə sosial şəbəkələrdə yazıb: “İdman gimnastikasındakı qalmaqallı vəziyyətdən sonra Parisdə Olimpiya oyunlarının bağlanış mərasimində iştirak etməmək qərarına gəldim. Apelyasiya əsasında vicdanlı əməyə görə alınan medaldan məhrum edilməsi qətiyyən yolverilməzdir!”

Colaku Ana Barbosunun və onun beşinci yeri tutan komanda yoldaşı Sabrina Maneka-Voyneyanın uğurlarını Olimpiya medalçıları kimi qiymətləndirəcyini vəd edib. “Bütöv bir xalq sizinlədir. Onun üçün əməyiniz və göz yaşınız hansı qiymətli metaldan hazırlanmasından asılı olmayaraq, hər hansı medaldan daha qiymətlidir”, – baş nazir qeyd edib.

Bildirilir ki, Barbosu əlində Rumıniya bayrağını qaldırıb baxanda tabloda hesabın dəyişdiyini görüb. O, bayrağı yerə atıb, əlləri ilə üzünü tutub və göz yaşları içində zaldan çıxıb.

Associated Press qeyd edir ki, idmançılar və ya məşqçilər hakimlərdən elementlərin düzgünlüyünə əmin olmaq üçün proqramı nəzərdən keçirməyi xahiş etdikdə, bu kimi hallar gimnastika yarışlarının standart hissəsidir. Xallar artırıla və ya azaldıla bilər.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »