NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir, xüsusən də söhbət ölkənin silah və mərmi istehsal etmək imkanlarının artırılmasından gedir.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Müdafiə Sənayesi Forumunda deyib.
“Bizim tərəfdaşlarla daha sıx əməkdaşlığa ehtiyacımız var. Biz Ukrayna ilə əməkdaşlığı genişləndiririk”, – o deyib.
Onun sözlərinə görə, Almaniyada və bir sıra digər Alyans ölkələrində layihələrə birgə investisiya yatırmaq, həmçinin Ukraynanın müstəqil silah və sursat istehsal etmək imkanlarını artırmaq məqsədi ilə komanda yaradılacaq.