Ermənistanın baş naziri Nikol Paşinyan Turizm Komitəsinin sədri Sisian Poqosyanı vəzifəsindən azad edib.
İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Xatırladaq ki, Sisian Poqosyan 2022-ci il yanvarın 21-dən müvəqqəti olaraq Ermənistan Turizm Komitəsinin sədri vəzifəsini icra edib.
Bu ilin aprel ayında Poqosyan baş nazir Nikol Paşinyanı qərarı ilə Turizm Komitəsinin sədri vəzifəsinə təyin edilib.