Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib.
İctimai Rəy axar.az-a istinadən bildirir ki, Vladimir Putin Belousovla yanaşı, Federasiya Şurasına digər namizədlərin adlarını da təqdim edib:
– Sergey Lavrov- xarici işlər naziri;
– Vladimir Kolokoltsev – daxili işlər naziri;
– Aleksandr Kurenkov – mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin aradan qaldırılması naziri;
– Konstantin Çuyçenko – ədliyyə naziri;
– Sergey Narışkin – Xarici Kəşfiyyat Xidmətinin direktoru;
– Aleksandr Bortnikov – Federal Təhlükəsizlik Xidmətinin direktoru;
– Viktor Zolotov – “Rosqvardiya”nın direktoru;
– Dmitri Koçnev – Federal Mühafizə Xidmətinin direktoru;
– Aleksandr Lints – Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəisi.